!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kimsəsizlər qəbiristanlığındakı DƏHŞƏTLİ MƏNZƏRƏ: İtlərə yem olan insan sümükləri - FOTO / VİDEO

!Reklam – Yazi

Adamın gərək adamı olsun.

Hər halda, bu sözlər elə belə, söz olsun deyə deyilməyib. Bunu Bakı şəhər Suraxanı rayon Dədə Qorqud massivindəki sahibsizlər qəbiristanlığına gedəndə daha da yaxşı başa düşürsən.

Qəbiristanlıq adı kimi sahibsizdir. Məzarlıq 900-dən çox sahibsizin qəbri ilə doludur. Ancaq rəqəmlər var. Ad-soyad yox, heç nə yoxdur. Tək rəqəmlər. Bir neçə qəbrin sahibi tapılıb, onlara başdaşı qoyublar, ancaq qəbirlərin 95 faizindən çoxu ancaq rəqəmlərdir. Nəinki adları, heç öldükləri tarix belə bəlli deyil…

Sahibsiz olduqları təkcə rəqəmlərlə yerlərinin işarələnməsi anlamına da gəlmir. Qəbirlərin bir çoxu dağılıb, ortalıq insan sümükləri ilə doludur. Bir çox qəbrin isə baş hissəsində oyuqlar var. Ya həmin qəbirlərə heyvanlar baş çəkib, ya da kimlərsə diş axtarıb. Qəbirlərin üstündə, təbii ki, gül yoxdur, əvəzində müxtəlif kol bitkiləri bitib.

Qəbiristanlıq o qədər sahibsizdir ki, bir kəlmə soruşmaq üçün adam (nəzarətçi, qarolçu) belə yoxdur. Bu qədər sahibsizdir.

Adamın gərək adamı olsun. Elə bu dünyada da, o dünyada da…

Sahibsizlər qəbiristanlığından hazırlanmış videonu təqdim edirik:

Səxavət Məmməd
Foto: Fariz Faiqoğlu

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv