“Kino adamlaının ən böyük arzusu iş başında, çəkiliş meydançasında olmaqdır”.
Bu fikirləri Yenicag.az açıqlamasında 2 Avqust – Kino işçilərinin peşə bayramı günündə tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərova təəssüratını bölüşərkən deyib.
Aktrisa bayram gününü çəkiliş meydançasında keçirdiyini bildirib. O, yeni mövsümdə “Sara” serialında tamaşaçıları salamlayacaq:
“Bu gün kino işçilərinin bayramıdır və mən də bu gözəl gündə sevdiyim işlə məşğulam. Balaxanıda “Sara” serialının çəkilişlərinə qatılmışam. Yeri gəlmişkən, yeni mövsümdən mən də bu serialda tamaşaçıların görüşünə gələcəyəm. Bu bayram günündə bütün həmkarlarımı təbrik edirəm. Onlara həmişə iş başında-çəkiliş meydançasında olmağı arzulayıram. Hər zaman filmlər, çəkilişlər olsun, onlar da öz sevdikləri peşə ilə məşğul ola bilsinlər. Çünki bilirəm ki, yaradıcı insanların ən böyük arzuları həmişə iş başında olmaqdır. Sənət dostlarıma yeni-yeni yaradıcılıq işləri, filmlər arzulayıram. Daha çox filmlər çəkilsin və biz də öz işimizin başında olaq”.
Cəvahir
www.yenicag.az