!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ev sahibinin razılığı olmadan mənzilə QEYDİYYATA DÜŞMƏK: “Belə hallarla qarşılaşdıqda...”

!Reklam – Yazi

“Müvafiq müraciətdən sonra bununla bağlı ilkin araşdırma polis orqanları tərəfindən aparılmalıdır”.

Bu fikirləri sosial şəbəkələrdə evinə tanımadığı şəxslərin qeydiyyata alınması ilə bağlı problemlə üzləşdiklərini yazan vətəndaşlara çıxış yolunu göstərən vəkil Adil Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallarda ilk öncə ev sahibinin razılığı olmadan kənar şəxslərin qeydiyyata nə zaman və necə düşdüyünə aydınlıq gətirilməlidir:

“Belə hallara az da olsa, rast gəlinir. Belə problemlə üzləşdikdə, ilk növbədə məsələnin kökünü araşdırmaq lazımdır. Yəni ev sahibinin razılığı olmadan kənar şəxslərin qeydiyyata nə zaman və necə düşdüyünə aydınlıq gətirilməlidir.

Yalnız məsələnin kökünü tapdıqdan sonra hansısa addımlar atmaq mümkündür. Bu barədə yetərli məlumat olmadan konkret fikir bildirmək, məsələnin həlli yolunu tapmaq mümkün deyil.

Təbii ki, müvafiq müraciətdən sonra bununla bağlı ilkin araşdırma polis orqanları tərəfindən aparılmalıdır. Bu proses gözlənilən nəticəni verməsə, o halda inzibati qaydada məhkəməyə müraciət edərək həmin şəxsləri qeydiyyatdan çıxarmaq lazımdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv