Kişilərin qadınlardan daha az yaşamasının 2 ƏSAS SƏBƏBİ

media-hightechnic-468x90

ab2efeUzun illər tibb sahəsində araşdırma aparan elm adamları sübut ediblər ki, bu və ya digər səbəblərdən kişilər qadınlardan daha az ömür sürür.

Los-Ancelesdə yerləşən bir universitet alimlərinin gəldiyi qənatə görə kişilərin qadınlardan daha az yaşamasının 2 əsas səbəbi var: 1. Siqaret çəkmək  2.Ürək və qan-damar dövranı

Araşdırmada bildirilir ki, qədimdən bəri insanlar yoluxucu xəstəliklər üzündən ölürdülər. Hazırda isə hesab olunur ki,  insanların ölümünə səbəb daha çox xroniki xəstəliklərdir. Belə ki, xroniki xəstəliklər kişilərdə daha çox özünü göstərir. Siqaret çəkən kişilər qadınlara nisbətdə ölmə ehtimalı 30 % daha çoxdur.

Digər tərəfdən alimlər düşünür ki, kişilərdə ölüm halının belə yüksək olmasının digər səbəbi  ürək qan-damar sistemi ilə bağlıdır. Qan dövranı ilə bağlı xəstəliklər 50-60 yaşlarında kişilər arasında daha geniş yayılıb. Ürək çatışmazlığından vəfat edən kişilər qadınlara nisbətdə 40 % daha çoxdur. Digər tərəfdən də kişilər yağlı və quru yeməklərə meyl etdiyindən bu faiz göstəricisi daha da artır.

Dünya Sağlamlıq Təşkilatının (WHO) son araşdırmasına görə qadınlar kişilərdən daha çox yaşayır. Belə ki, qadınların orta yaş həddi 83,5 kişilərin isə 79 yaş olaraq müəyyənləşdirilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600