Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kitab TƏQDİMATI: "44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində" - FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirə Baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri Nizami Cəfərov, Jalə Əliyevə, Rəşad Mahmudov, yazıçılar Anar və Elçin, Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan və digər türk dövlətlərinin rəsmiləri iştirak edib.

Tədbiri açıq elan edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Hulusi Kılıçın ölkəmizdə səfir olduğu dönəmdə gördüyü işlərdən, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsindəki xidmətlərindən danışıb.

Çıxış edən Əli Əhmədov Hulusi Kılıçın Azərbaycanda sevildiyini və bu sevginin onun türklüyündən qaynaqlandığını bildirib. Baş nazirin müavini Kılıçın yeni kitabından türk düşüncəsinin qoxusunun gəldiyini qeyd edib.

Xalq yazıçısı Anar çıxışında Hulusi Kılıçın Vətən müharibəsi zamanı yazılarını izlədiyini bildirib, onun fəaliyyətini yüksək dəyərləndirdiyini vurğulayıb.

Xalq yazıçısı Elçin isə bildirib ki, Türkiyənin Azərbaycandakı səfiri iki xalqın sevgisini özündə əks etdirməlidir.

“Hulusi Kılıç bu sevgini tərənnüm etdiyi üçün xalq tərəfindən də sevilir”, – deyə Elçin qeyd edib.

Çıxış edən digər iştirakçılar da Hulusi Kılıçın fəaliyyətindən danışıb, onun Azərbaycan və türk sevgisindən söhbət açıblar.

Əlamətdar gündə çıxış edən Hulusi Kılıç Azərbaycanda keçirdiyi vaxtları ömrünün ən gözəl günləri adlandırıb:

“Baş nazirin protokol müdiri ikən öz vətənimdə işləməyi seçdim və beləliklə Azərbaycana səfir təyin edildim. Hər kəsin həyatında tarixi gün olur. Mənim də həyatıma bu gün tarixi önəm daşıyır. Hər kəsə xoş sözləri üçün təşəkkür edirəm”.

Sonda Hulusi Kılıça Günay Əfəndiyeva tərəfindən plaket təqdim edilib.

Qeyd edək ki, keçmiş səfirin İkinci Qarabağ savaşında Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün müxtəlif media orqanlarına verdiyi müsahibə və açıqlamaların toplandığı “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabını jurnalist Günel Yaz tərtib edib.

www.yenicag.az

272
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100