Kitabevim.az-da şok endirim kampaniyası

media-hightechnic-468x90

unnamedKitabevim.az kitab marketi oxucuların kitaba olan marağı artırmaq üçün böyük endirim kampaniyasına start verib. Bu barədə mağazanın icraçı direktoru Emin Sadıqov məlumat verib.  O, bildirib ki, mağazada seçilmiş 300 adda kitaba 50 faizlik endirim ediləcək. Kampaniyaya daxil edilmiş əsərlər  arasında ingilis, türk, rus və Azərbaycan dilli nəşrlər yer alıb. Siyahıda yer alan kitabların adları kampaniya ərzində açıqlanacaq.

Bununla yanaşı “Hədəf” və “XAN” nəşrlərinin aid kitablara da 35 faizlik endirim olacaq.

Emin Sadıqovun bildirdiyinə görə endirim kampaniyası bununla yekunlaşmır. Oxucular mağazadakı digər kitabları 25 faizlik endirimlə əldə edə biləcəklər.

Qeyd edək ki, kampaniya 11-15 iyul tarixlərində keçiriləcəkdir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600