KİV: İtaliya büdcə kəsirini Aİ tələbinə uyğunlaşdırır
İtaliya bu il büdcə kəsirini Avropa İttifaqının 3%-lik həddinə endirəcək.
Yenicag.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Bildirilib ki, baş nazir Ciorcia Meloninin kabineti cümə axşamı yeni maliyyə planını təsdiqləyəcək.
Layihədə 2025-ci il üçün 0.6%, 2026-cı il üçün isə 0.7% iqtisadi artım proqnozlaşdırılır.
Bu addım İtaliyanın Aİ-nin “həddindən artıq kəsir” nəzarətindən çıxmasına və kredit reytinqinin yüksəlməsinə şərait yarada bilər. “Fitch Ratings” artıq sentyabrda ölkənin reytinqini artırıb.
Meloni hökuməti büdcə çərçivəsində orta təbəqəyə vergi endirimləri, biznesə dəstək və gənc ailələrə yardım vəd edir. Vergi gəlirləri inflyasiya səbəbilə artıb, borclanma xərcləri isə azalıb.