!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs barədə qərar çıxarıb

!Reklam – Yazi

72114Kiyevin Peçersk məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin və Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun “kilsə işi” üzrə həbsi barədə qərar çıxarıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə Baş Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Yanukoviç və Zaxarçenkonu həbs etməyə razılıq verib. Bu, həmçinin Kiyev milisinin keçmiş rəisi Valeri Koryaka da aiddir.
Müstəntiqin sözlərinə görə, şübhəli şəxslər istintaqdan və məhkəmədən gizlənirlər. Onları saxlamaq və hüquqi tədbirlər görmək üçün məhkəməyə gətirmək lazımdır.

Zaxarçenko, Yanukoviç və Koryak Ukraynanın pravoslav kilsəsinin nümayəndəsi Aleksandr Drabinkonun azadlıqdan qanunsuz məhrum edilməsində şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, Yanukoviç və onun ətrafı mərhum mitropolitə vəzifəsindən uzaqlaşmaq üçün təzyiq göstəriblər.

Yeniçağ.Az

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv