Kiyev Tramp administrasiyasına arxalana bilməyəcəyini anladı

media-hightechnic-468x90

Ukrayna ABŞ administrasiyasının dəstəyinə tam arxalana bilməyəcəyi qənaətinə gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ukraynalı rəsmilərə istinadən yazıb.

Məlumata görə, İranla müharibə başlayandan sonra Donald Tramp administrasiyası artıq dənizdə olan Rusiya neftinə tətbiq edilən sanksiyalar üzrə istisnaların müddətini uzadıb.

Qəzet yazır ki, aprel ayının əvvəlində ukraynalı rəsmilər Vaşinqtona səfər edərək ABŞ tərəfindən bu istisnaların uzadılmamasını xahiş ediblər.

Onlara bildirilib ki, istisnaların müddəti başa çatacaq.

Lakin sonradan ABŞ administrasiyası qərarı dəyişərək istisnaları uzadıb. Ukraynalı rəsmilər bildirib ki, bu hadisə Kiyevin Vaşinqtona tam güvənə bilməyəcəyini göstərib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05