Reklam

Kiyevdə Ermənistan səfirliyinin qarşısında “RƏDD OL Qarabağdan” aksiyası keçirilib - FOTO

Reklam

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında Xocalı Soyqrımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk,Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı Türk, İran ,Tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak edib.Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları,mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar.İndiki erməni daşnak hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada “Rədd ol Qarabağdan“, “Terrora son qoy“, “Qarabağ bizimdir, bizim olacaq“ Xocalı soyqrımına görə cavab verəcəksiniz kimi şüarlar səsləndirilib.Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsədə ,soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.

Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, İşıq dini cəmiyyətin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqrım siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-.şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər.Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqrımına görə cavab verəcəksiniz” yazılmış şəffav qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq,oradan havaya xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvavlanmış qətnamənin oxunuşu ilə başa çatıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."