Koçaryanı azadlığa buraxan hakim istefa verdi

media-hightechnic-468x90

Ermənistanın Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan istefaya getdiyini bəyan edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Arutyunyan Ermənistanın eks-prezidenti Robert Koçaryanın azadlığa buraxılmasının ardınca ölkənin məhkəmə sisteminə yönəlik etiraz dalğası fonunda vəzifədə qalmasının doğru olmadığını bildirib.

O, açıqladığı istefa bəyanatında hakim həmkarlarına uğur arzulayıb. Maraqlıdır ki, Arutyunyanın istefa qərarından sonra onun qardaşı, vaxtilə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, hazırda Milli Təhlükəsizlik Şurası direktorunun müavini postunu tutan general-leytenant Arzuman Arutyunyan da tutduğu vəzifədən istefa verib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa