!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”nın qlobal savaş HAZIRLIĞI: “Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri olsa da...”

!Reklam – Yazi

“Rusiya Avropaya mesaj verir ki, dünya bizi qane edəcək şəkildə yenidən bölünməlidir”.

Bu fikirləri Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsi fonunda qlobal savaşa hazırlaşmaları və yaxın regionda cərəyan edən son olayları dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, planetin aparıcı ölkələri artıq dünya müharibəsinə hazırlaşırlar:

“Ukraynada son zamanlar 3 istiqamətdə və 3 eşalondan ibarət müdafiə xətti qurulur, möhkəm betonlanmış mühəndis-istehkam işləri həyata keçirilir. Rusiya ordusunun müdafiə xətti necə qurulmuşdusa, Ukrayna da o sxemi təkrarlayır.

Bu Ukraynanın müəyyən problemlərinin olduğunu açıq göstərir. Avropa və ABŞ-ın Ukraynaya hərbi yardımları əhəmiyyətli dərəcədə azaldığı üçün Kiyev məcburiyyətdən bu taktikanı seçir. Yəni əks-hücuma keçir, irəliləmək mümkün olmadıqda isə yenidən müdafiə xəttinə çəkilirlər.

Göründüyü qədər, bəzi Avropa ölkələri son zamanlar açıq şəkildə bildirirlər ki, özlərinə lazım olan silahları Ukraynaya göndərməyəcəklər. Zelenski də bildirdi ki, Avropa onları silahla təmin edə bimir. Bu tələbatın ödənməsi üçün Avropa və ABŞ-ın bütün silah zavodları istehsalı bərpa etməlidir.

Əslində, bu, Ukrayna üçün yox, Avropanın özünü qoruya bilməsi üçün vacibdir. Böyük Britaniyanın müdafiə naziri Rusiya, Çin, İran, Şimali Koreya kimi ölkələrin adını çəkərək açıqlama verdi ki, qlobal müharibəyə hazırlaşmalıyıq. Bu da onu göstərir ki, dünya müharibəyə ciddi hazırlıq görməkdədir.

Hesab edirəm ki, Böyük Britaniya müdafiə nazirinin açıqlaması sıradan bir mövqe ifadəsi deyildi. Həmçinin Rusiya da buna bənzər açıqlama verdi. Hətta bildirildi ki, biz Ukrayna ilə yox, Avropa ilə müharibə aparırıq və Rusiya öz istəyinə çatmayana qədər geri çəkilməyəcək.

Rusiya Avropaya mesaj verir ki, dünya bizi qane edəcək şəkildə yenidən bölünməlidir. Belə bir müharibəyə hazırlıq getdiyi halda Azərbaycan da kənarda qala bilməz. Çünki Azərbaycanın da “dostları” az deyil. O baxımdan, Azərbaycan silahlanmaya ciddi önəm verməlidir. Hava hücumundan müdafiə sistemləri ilə 2-3 müdafiə səddi qurulmalı, hava məkanı tam şəkildə qorunmalıdır.

İraqı və Pakistanı vuran İrandan hər zaman təhlükə gələ bilər. SEPAH son zamanlar İran daxilində nəzarəti tam şəkildə ələ almaq istəyir. Baxmayaraq ki, Azərbaycanın Pakistan, Türkiyə kimi müttəfiqi var, ancaq özümüz buna tam şəkildə hazır olmalıyıq. Bu günki gedişat onu göstərir ki, hava məkanının qorunması ən vacib məsələlərdən biridir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2002
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv