!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kollektiv oyun bizim üçün daha önəmlidir” - Qurban Qurbanov

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo yığması ilə UEFA Avropa Liqasının ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, 46 yaşlı mütəxəssis öncə bunları söyləyib:

“Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Hər birimiz üçün ilk oyun çox vacibdir. Neçə gündü birgəyik. Rəqibin oyunlarına baxır, futbolçuları Kosovonun çıxışları ilə tanış edirik. Ümumilikdə, pis hazırlaşmamışıq. Futbolçularım çox istəklidirlər. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, futbolçularımızın hamısı sabah ən yaxşı oyunlarını sərgiləyəcək və meydanda sonadək mübarizə aparacaqlar. Rəqibin son üç oyununu izləmişik, çıxışları ilə lap yaxından tanış olmuşuq. Görüşlərin sayı az olsa da, hər bir futbolçunu yaxından tanımışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azı maraqlı oyun nümayiş etdirə biləcəyik. Meydanda yaxşı mübarizənin və düşünülmüş oyunun getməsinə çalışacağıq”.

Qurbanov rəqibdən daha çox, öz oyunlarını düşündüklərini söyləyib: “Hər zaman öz oyunumuzu düşünürük. Əsas məsələ 90 dəqiqə istədiyimizi edib-etməməyimizdir. Ən başlıcası bizim aparıcı oyunçularımızın son vaxtıar az oynamalarıdır. Araz Abdullayevi, Ramil Şeydayevi qeyd edərdim. Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir. Amma oyunçulara inanıram, çox istəkli olduqlarını görürəm. Hər bir halda çalığşacağıq ki komanda əngəlləri hiss etməsin. Rəqibin futbolçularını analiz edirik və görürük ki, stabil çıxış edirlər. Xüsusən də hücum xətti məhsuldarlığı ilə seçilir. Onların fərdi bacarıqları bizi narahat edir. Amma bizim üçün kollektiv oyun daha önəmlidi. Bunun sayəsində bunun qarşısını ala bilərik”.

Baş məşqçi Ramil Şeydayev və Riçard Almeydanın durumundan da söz açıb: “Şeydayevin oyun praktikası yoxdur. Amma Almeyda son matçlarda çıxış edib. Ümumən götürsək, vəziyyətləri yaxşıdır. Millidə oyun təcrübəsi çatışmayan futbolçular həmişə olub. Bəziləri son vaxtlar az oynasa da, təcrübələri var. Onlara güvənərək motivasiya etməyə çalışıram”.

Qurbanov qrupdakı əsas rəqiblərdən də danışıb: “Hamımız Kosovonun favorit olduğunu düşünürük. Bizim kimi rəqiblər də ələ düşən bu fürsətdən yararlanmaq istəyirlər. Bu yarışa son şans kimi baxmaq bizim ziyanımıza ola bilər. Heyət baxımından Kosovo yığması daha çox dəyərləndirilir. Bu baxımdan Kosovonu favorit adlandırmaq olar. Amma Millətlər Liqası ilə heç nə bitmir. Bu cür düşünmək Azərbaycan futboluna zərbə olar. Kosovo cddi rəqibdir. Digər rəqibləri də qiymətləndirmək lazımdır”.

www.yenicag.az

1016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv