!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komendant postunda avtomobillərdə odlu silahlar AŞKARLANDI

!Reklam – Yazi

Oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.

Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Həmçinin, eyni tarixdə Bakı şəhər sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron rayon Polis İdarəsinə təhvil verilib.

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv