Komendant saatında fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI

media-hightechnic-468x90

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısı müəyyənləşib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, komendant saatı müddətində faliyyətinə icazə verilən sahələr aşğıdakılardır:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyatın fəaliyyəti.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.11. qablaşdırma məhsullarının istehsalı;

4.12. maşın və avadanlıqların istehsalı;

4.13. elektrik avadanlıqlarının istehsalı;

4.14. kompüter, elektron və optik məhsulların istehsalı;

4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

4.16. sair nəqliyyat vasitələrinin istehsalı;

4.17. tütün məmulatlarının istehsalı;

4.18. sair sənaye məhsullarının istehsalı.

           5. Pərakəndə və topdan satış üzrə:

5.1. yanacaqdoldurma məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası.

7. Kütləvi informasiya vasitələri.

8. Təhsil müəssisələrinin fəaliyyəti.

9. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05