Könül Nurullayeva: “Bu görüşlər sülh sazişinə doğru atılan real addımdır”

media-hightechnic-468x90

“Belə görüşlər uzunmüddətli sülh sazişinə doğru atılan real addımlardan biridir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini və İrəvanda keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq, prosesin müsbət məcrada irəlilədiyini bildirib:

“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvan şəhərində keçirdiyi rəsmi görüşlər regionda sülh və əməkdaşlıq gündəliyinin inkişafına mühüm töhfədir. Tərəflər arasında birbaşa təmasların intensivləşməsi həm siyasi, həm də iqtisadi baxımdan yeni imkanların formalaşdığını göstərir. Görüşlərdə əsas diqqət nəqliyyat-kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də iqtisadi əməkdaşlıq perspektivlərinə yönəlib. Bu məsələlər Cənubi Qafqazın sabitliyi üçün həlledicidir. Xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması regional ticarət və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər”.

Könül Nurullayeva növbəti görüşün Azərbaycanda keçirilməsi barədə əldə olunan razılığı da yüksək qiymətləndirib:

“Növbəti görüşün Azərbaycanda keçirilməsinə dair razılığın əldə olunması çox müsbət haldır. Bu, danışıqlar prosesinin qarşılıqlı və ardıcıl şəkildə davam etdiyini sübut edir. Bakıda keçiriləcək görüşün daha konkret nəticələrə yol açacağına ümid etmək olar. Xüsusilə sənədlərin razılaşdırılması və praktiki addımların müəyyənləşdirilməsi baxımından bu görüş həlledici ola bilər”.

Deputat sonda qeyd edib ki, Azərbaycan və Ermənistan rəsmiləri arasındakı birbaşa dialoq etimad mühitinin möhkəmlənməsi üçün zəruridir:

“Məlum olduğu kimi, bu günlərdə ‘Sülh körpüsü’ çərçivəsində də regionda davamlı sülhün təmin olunması üçün bu cür dialoqların intensivləşdirilməsinin vacibliyi vurğulanır. Bu istiqamətdə atılan hər bir addım gələcək sabitliyin təməlidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05