!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Könüllü vaksinin MƏCBURİ TƏTBİQİ: İnsanların hüququ pozulur

!Reklam – Yazi

“COVID-19 pasportlarının məcburi geniş tətbiqi azadlıqların məhdudlaşdırılmasıdır”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya ilə əlaqədar olaraq Operativ Qərargahın vaksinasiya ilə bağlı qəbul etdiyi yeni qərarlara münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, insanlar vaksin vurub-vurmamaqla bağlı fərdi qərar verməlidirlər. Bu baxımdan vaksinin məcburi vurulmasına sövq edən qərar qəbuledilməzdir:

“Vətəndaşların vaksinə görə azadlıqlarının, seçimlərinin məhdudlaşdırılması totalitarizmin yeni növüdür. Konstitusiyaya görə, hər bir vətəndaş bərabər hüquqlara malikdir. Harada yazılıb ki, iki iynəyə görə kiminsə hüququ vaksin vurdurmayanlardan üstündür?! Mən daha çox səfərlərə görə, hər iki doz vaksin vurdurmuşam, yəni, özümə görə demirəm.

COVID-19 pasportlarının məcburi geniş tətbiqi insan haqlarının pozulmasıdır.

Azərbaycan da digər ölkələr kimi, virusla yaşamağın yollarını tapmalı, vətəndaş-dövlət məsuliyyətinin paralel həyata keçirilməsi ilə yaşamağı öyrənməlidir. Yəni, hökumət öz üzərinə düşən işi məsuliyyətlə görməli, eyni zamanda qapalı məkanlarda vətəndaş da məsuliyyəti olmalı, qaydalara əməl etməlidir. Onu da qeyd edim ki, insanları virusdan çox stress, işsizlik, gələcəyə güvənsizlik, sosial problemlər, artan qiymətlər “öldürür””.

Gülşən Şərif

www.yenicag.az

658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv