“Könüllülər Rusiya ərazisinin bir hissəsini ələ keçirə bilər” – Kəşfiyyat generalı

“Onların 2-3 min döyüşçü ilə hərəkətə keçmələri Rusiya hakimiyyəti üçün ciddi problemə çevriləcək”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyalı könüllülərin Putin hakimiyyəti üçün təhlükəyə çevrilməsindən danışan Ukrayna Təhlükəsizlik Şurasının ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

Onun sözlərinə görə, Rusiyanın indiki rejimdən azad edilməsini qarşıya məqsəd qoyan könüllülərə etimad etmək olar:

“Əgər rusiyalı könüllülər öz sıralarına 2-3 min nəfər cəlb edərək onları silahlandıra bilsələr, bu, Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün gedişinə ciddi təsir göstərəcək.

Hələlik o insanların könüllülərin sıralarına cəlb edilmələri asan deyil. Lakin o insanlar Rusiya üçün ciddi təhlükədirlər. Onlar Putin rejimi ilə mübarizə üçün fərqli yol seçdiklərinə görə insan resurslarını öz sıralarına cəlb etmələri realdır”.

COP29