Köpək balığı 18 yaşlı gənci öldürüb

media-hightechnic-468x90

maui-shark-attack_420x250Avstraliyanın şimal-şərq sahillərində köpək balığının hücumuna məruz qalan gənc dünyasını dəyişib.

Hadisə Kvinslənd əyalətində, Rudder Rifində qeydə alınıb. Əyalətin Təcili Tibbi yardım xidmətinin icracı meneceri Qreq Tsidek bildirib ki, gənc oğlan yırtıcı balıq tərəfindən sağ bud, qasıq və qol nahiyəsindən dişləndikdən sonra ürək dayanmasına məruz qalıb.

Yerli mediada yayılan xəbərlərə görə, 18 yaşlı Daniyel Smits çoxlu qan itirdiyinə görə dünyasını dəyişib. Smits və dostları dəniz limanından iki saatlıq məsafədə balıq ovuna gediblərmiş. Bu zaman köpək balığı Smitsə hücum edib.

Rəsmi qurumların açıqlamasına görə, həmin su sahələrində köpək balığı hücumu nadir hallarda baş verir. Sonuncu belə hadisə sentyabr ayında Bayron körfəzində baş verib. “The Guardian” qəzeti isə bu hadisənin il ərzində Avstraliyada ölümlə nəticələnən dördüncü fakt olduğunu yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600