!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Koronavirus bioloji silah vasitəsilə yayılsaydı...” – Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Dünyanın supergüclərinin koronavirusla bağlı eyni mövqedə olmaları təhlükənin ciddiliyini göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının bioloji silah vasitəsilə yayılmasına dair iddialara münasibət bildirən ixtisasca həkim olan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, dünya dövlətlərinin koronavirusa qarşı birlikdə səfərbər olmaları pandemiyanın süni yaradılması haqda fikirlərin əsassızlığını göstərir:

“Bu virusun mövcudluğu haqqında elmdə məlumat var. Lakin xəstəliyin ilk dəfə rast gəlinən bu forması öldürücü təhlükəyə malikdir. Dünya dövlətlərinin bu xəstəliyə qarşı bir araya gəlmələri virusun sünilik ehtimalını hesabdan silir.

Koronavirusun bioloji silah olması barədə, həmçinin başqa versiyalar irəli sürülə bilər. Amma burada istinad ediləsi tək dayaq tibbdir. Dünyanın supergüclərinin koronavirusla bağlı eyni mövqedə olmaları təhlükənin ciddiliyini göstərir.

Bu virus son 100 ildə dünyanı silkələyən, pandemiya miqyasında elan olunan azsaylı xəstəliklərdən biridir. Vaxtilə vəba və sair kimi geniş coğrafiyanı əhatə edən xəstəliklər yayılıb. Ancaq o halda da bütün dünyada bu səviyyədə birgə səfərbərlik təşkil edilməyib”.

Zəlimxan Məmmədli Azərbaycanda koronavirus əleyhinə görülən tədbirlərin yetərli səviyyədə olmaması qənaətindədir:

“Ola bilsin ki, Azərbaycanda koronavirus əleyhinə hazırlıq yetərli səviyyədə deyil, ancaq müəyyən işlər görülür, məsələnin ciddiliyi əlbəttə ki, dərk olunur.

Problemlər açıq deyilməlidir. Bildiyim qədər, ictimai nəqliyyatın dezinfeksiyası normal şəkildə aparılmır. Məlumdur ki, əhalinin kütləvi toplanma yerləri xeyir-şər məclisləridir. Hazırda toy və yas məclislərinə qadağa tətbiq olunmayıb. O məclislərdə yoluxma ehtimalı daha çoxdur, çünki hərə bir yerdən gəlir.

Mən həkiməm, hazırda işdəyəm və gündə 10-15 xəstə ilə təmasda oluram. Tibb müəssisələrində vəziyyət necə olacaq, onu belə bilmək olmur. Bunun özü də nəzərə alınmalıdır. Bütün hallarda ağırlıq tibb işçilərinin üzərinə düşəcək, sağdan-soldan söyülən yenə də həkimlər olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

2527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv