!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus bitməmiş "PostCOVID sindromu" başladı - ARAŞDIRMA

!Reklam – Yazi

Koronavirusa yoluxub sağalan şəxslərdə COVID-19-un bəzi simptomları qalmaqda davam edir ki, bu da “PostCOVID sindromu” adlandırılır.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” geniş araşdırma aparıb.

Qeyd edilir ki, koronavirusa yoluxub sağalmış şəxslərin əksəriyyətində simptomlar qalmaqda davam edir. Simptomlara nəfəs darlığı, sinədə ağrı, yuxusuzluq, depressiya, ürək döyüntüsü və bu kimi halətlər daxildir.

Ankara Şəhər Xəstəxanası Fizioterapiya və Reabilitasiya şöbəsinin həkimləri bildirir ki, qeyd edilən hallar koronavirusu simptomsuz keçirən xəstələrdə də özünü göstərir.

Professor Xədicə Bodurun sözlərinə görə, “PostCOVID sindromu”ndan əziyyət çəkən şəxslərin terapiyası hərtərəfli aparılamaqla yanaşı, onları psixoloji dəstək də göstərilir. Xəstələrin böyük əksəriyyəti aparılan müalicə və terapiyalardan sonra sindromu yenərək əvvəlki yaşam tərzlərinə qayıdırlar.

Həkim bu simptomları özündə müşahidə edən şəxslərin həkim dəstəyi almalı olduğunu da vurğulayıb.

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv