!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus daha çox hansı bölgələrdə aşkarlanıb?

!Reklam – Yazi

Azərbaycanda koronavirusa yoluxma sayı getdikcə artır. Xəstələrin sayında ciddi artım var.

Yenicag.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, əsas yoluxma halları Bakı, Gəncə, Yevlax, Abşeron, Kürdəmir, Tovuz və Şirvanda aşkar edilib: “Yoluxma halları əsasən Gəncə və Abşeronun payına düşür. Gözlədiyimiz ikinci dalğa ola bilər. Statistik rəqəmlərə əsasən də ikinci dalğanı yaşayacağımızı gözləyirik”.

TƏBİB sədri qeyd edib ki, xəstə sayında olan artım vətəndaşların qaydalara məsuliyyətsiz yanaşmasının nəticəsidir.

R.Bayramlı əlavə edib ki, hazırda 771 nəfər aktiv xəstə var, 1620 nəfər sağalıb. Reanimasiya və intensiv terapiya şöbələrində 22 xəstə var, onun 9-u süni tənəffüs aparatına qoşulub.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv