Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusdan “qoruyan” preparatların insan orqanizmi üçün TƏHLÜKƏSİ – Həkimdən XƏBƏRDARLIQ

“Bəzi şəxslər həkim məsləhəti olmadan koronavirusa qarşı hidroksixloroxin (plaquenil) dərmanından istifadə edirlər”.

Bu fikirləri koronavirus pandemiyasının insan orqanizmində yaratdığı fəsadları şərh edən fleboloq-cərrah İsmayıl Əsgərov Yenicag.az-a açıqlamasında bildirib.

İsmayıl Əsgərova görə, koronavirusa yoluxan şəxsdə xəstəlik ağır formaya keçibsə, bu halda ölüm iki əsas səbəbdən baş verir:

“Xəstəliyin fəsadlaşması ağciyərlərin iltihabı-irinləməsi (pnevmaniya) və ürəyin iltihabı-çürüməsi (miokardit) ilə ölümə yol açır. Nəticədə ağciyər-ürək çatışmazlığı əmələ gəlir. Bu proses çox sürətlə inkişaf edir.

Ona görə də bu xəstəliyin müalicəsində virusa qarşı antiviral, mikrob əleyhinə antibiotik və imuniteti zəiflədən immunosupressiv dərmanlardan istifadə olunur. Çünki məqsəd ağciyərlərdə yarana biləcək başqa mikrob infeksiyası ilə mübarizə aparmaqdır”.

İsmayıl Əsgərov qeyd edib ki, əslində, tibbdə immuniteti gücləndirən dərmanlar yoxdur:

“Ona görə də koronavirusla mübarizədə immuniteti qaldırmırlar, əksinə, zəiflədirlər. Kimin orqanizmində immunitet güclüdürsə, onun özü virusla mübarizə aparır və qalib gəlir. Kimin immuniteti zəifdirsə, immmuniteti daha da zəiflədərək, iltihabı söndürməklə mübarizə aparırlar.

Əgər immunitet əvvəldən zəif və ya müalicə prosesində uzunmüddətli zəiflədilirsə, bu halda virus da daxil olmaqla, bir çox xəstəliklər ölümlə nəticələnə bilər. İmmuniteti güclü saxlamaq üçün aktiv həyat tərzi keçirmək, stressdən uzaq olmaq, rasional qida qəbul eləmək və normal yuxu rejimində yatmaq vacibdir.

Bəzi şəxslər həkim məsləhəti olmadan koronavirusa qarşı hidroksixloroxin (plaquenil) dərmanından istifadə edir. Bu dərman immuniteti aşağı salmaqla yanaşı, bir çox xəstəliklərə qarşı bədənin müqavimətini də zəiflədir

Koronavirusla mübarizədə əsasən, reanimatoloq, pulmonoloq ve infeksionist ixtisasından olan həkimlərlə birgə iş görmək lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

831