Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusla mübarizədə YARITMAZ SİYASƏT: "Ramin Bayramlı vəziyyətdən yararlanaraq 60 milyon manat qazanıb" - İTTİHAM

“Millətin başına oyun açan TƏBİB sədri Ramin Bayramlıdır”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın yrni növ koronavirusla mübarizə tədbirləri haqqında danışarkənMüasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev vaksinasiyaya rəğmən yoluxma sayının bu qədər artmasında TƏBİB-in günahkar olduğunu bildirib:

“Millətin başına oyun açan TƏBİB sədri Ramin Bayramlıdır. Əldə etdiyim məlumata görə, Ramin Bayramlı qısa müddət ərzində mövcud vəziyyətdən sui-istifadə etməklə 60 milyon manat qazanıb. O istəyir ki, içinə su doldurulmuş ampulaları yenidən xalqa sırısın. Ölkəyə gətirilən vaksinlər saxtadır. Ramin Bayramlı vəzifə başında olduğu müddət ərzində ölkədə xəstəlik davam edəcək və müalicəsi olmayacaq. TƏBİB sədri dövlətə və xalqına xəyanət edir. Operativ Qərargahın səhvi ondadır ki, TƏBİB-in göndərdiyi məlumatları yoxlamadan qəbul edir. Xalqı bu şəkildə incitmək olmaz. TƏBİB, Operativ Qərargah və səhiyyənin qərarları qəbuledilməzdir. Əgər bizim səhiyyəmiz yaxşı səviyyədə olsaydı, vətəndaşlarımız müalicə üçün xarici ölkələrə üz tutmazdılar”.

Gülşən Şərif

www.yenicag.az

988
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100