İtaliyanın Genuya şəhərində körpünün çökməsinin səbəbi açıqlanıb.
Yenicag.az xəbər verir ki, bunu hadisənin şahidləri körpünü ildırım vurduğunu bildiriblər.
Körpünün çökməsi nəticəsində 22 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağırdır.
***
15:43
İtaliyada avtoban üzərindəki avtomobil körpüsü qəfil çöküb.
Yenicag.az xarici mətbuatına istinadən xəbər verir ki, hadisə Genuya şəhərində A-10 avtomobil yolunda baş verib.
Verilən məlumata görə, azı 8-9 maşın körpüdən aşıb.
Hadisə nəticəsində 11 nəfər ölüb, çoxlu sayda yaralanan var. Xeyli insanın dağıntı altında qaldığı bildirilir.
Qeyd edək ki, 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 100 metr olub.
www.yenicag.az