İtaliya İsrailə qarşı ticarət sanksiyalarını müzakirəyə açıqdır
İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma Avropa İttifaqının İsrailə qarşı ticarət sanksiyalarını nəzərdən keçirməyə hazırdır.
Yenicag.az xəbər verir ki, İtaliya Senatında çıxış edən Tayani Qəzza və İordan çayının Qərb sahilində “qəbuledilməz mövqelər” sərgiləyən İsrail nazirlərinə qarşı sanksiyaları dəstəklədiklərini də vurğulayıb.
Qeyd edək ki, Avropa Komissiyası hazırda İsraillə azad ticarət razılaşmasının məhdudlaşdırılması və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir, maliyyə naziri Bezalel Smotriç, eləcə də İordan çayının Qərb sahilində zorakılıq törədənlərə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.
Bu tədbirlərin həyata keçirilməsi üçün 27 üzv ölkənin əksəriyyətinin dəstəyi tələb olunur.