!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Korrupsiyalaşan dövlət qurumları: "Bu, sosializmdən qalan qalıq prinsipidir" - Sabiq DEPUTAT

!Reklam – Yazi

Hesablama Palatası hakim Yeni Azərbaycan Partiyasında yoxlamalar aparıb. Məlumatlara görə, proses YAP-la məhdudlaşmayacaq. Belə ki, dövlət büdcəsindən maliyyə yardımı alan digər siyasi təsisatlarda da yoxlamalar aparılacaq. Bu addımla dövlət büdcəsindən maliyyə yardımı ayrılan partiyaların həmin vəsaitləri qaranlıq məqsədlərə sərf edə bilməsinə mane olacağı gözlənilir.

Mövzu ilə bağlı sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlama verib. Sabiq millət vəkili bildirib ki, ümumilikdə siyasi partiyalar, media və Qeyri-hökümət təşkilatlarının (QHT) birbaşa dövlət büdcəsindən maliyyələşməsi doğru yanaşma deyil:

“Azərbaycanda proporsional seçki sistemi olmadığına, siyasi partiyalara səs verilmədiyinə və parlamentdə təmsil olunmadıqlarına görə, dövlət büdcəsindən onlara pul ayrılması konstitusiyaya ziddir. Bu, siyasi partiyaların ələ alınmasıdır. Bu yanaşmam QHT və KİV-lərə də aiddir. Əslində siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Çünki siyasi partiyaların ölkə vətəndaşlarının büdcə vəsaitləri hesabına maliyyələşməsi doğru deyil. Dünya təcrübəsində siyasi partiyaların maliyyələşməsi praktikası olsa da, həmin ölkələrdə proporsional və ya qarışıq seçki sistemi fonunda büdcədən vəsait ayrılır.

Məlumdur ki, ölkəmizdə dövlət şirkətləri və nazirliklər heç də korrupsiyadan kənar deyil. Ümumiyyətlə, Azərbaycanda dövlət büdcəsinə “sağmal inək” kimi baxılır. Ona görə də hərə əlində bir layihə ilə dövlət büdcəsindən maliyyələşmək istəyir. Bu, sosializmdən qalan qalıq prinsipidir və effektiv deyil. Sadəcə olaraq insanların vəsait qazanması üçün münbit şərait yaradılmalı və rəqabət mühiti təmin edilməlidir. Əks halda dövlət büdcəsindən pul paylanmasının heç bir əhəmiyyəti yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv