“Aralıq dənizinin şimal hissəsində yerləşən, Fransanın vaxtilə işğal etdiyi Korsika adasında insanlar müstəqillik hərəkatına başlayıblar. Fəallara qarşı təzyiq artır, küçələrdə həbs olunurlar”.
Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.
Bildirilib ki, Korsikanın bir qismi muxtariyyət, bir qismi isə müstəqillik tələb edir. Müstəqillik tələb edən hissə isə muxtariyyətin yetərsiz olduğunu düşünür:
“2023-cü ilin sentyabr ayında Fransa Prezidenti Emmanuel Makron adanı ziyarət edəndə Korsikaya özəl bir muxtariyyət verilə biləcəyinə eyham vurub. O, məclisdə həm sağçıların, həm də müstəqillik istəyənlərin ortaq bir mətn üzərində anlaşmağını istəyib. Bundan ötrü onlara altı ay vaxt verib. Mart ayında həmin altı aylıq müddət tamam olur. Bir ay sonra Fransa daxili işlər nazirinin Korsikaya gəlişi və bu məsələlərin müzakirəsi gözlənilir”.
Ətraflı “Haber Global”ın süjetində:
www.yenicag.az