Koşta: "Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür"
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta bildirib ki, Aİ İrana qarşı sanksiyaların ləğvi üçün heç bir perspektiv görmür və bu barədə danışmaq çox tezdir.
Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Bu barədə danışmaq çox tezdir. Əvvəlcə əsas məsələləri həll etmək lazımdır və bu, təkcə atəşkəs və nüvə proqramı deyil. Bura həmçinin region ölkələrini təhdid edən raket proqramı və İranın regiondakı əlaltılarına verdiyi dəstəyi dayandırması daxildir”, – o vurğulayıb.
Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İranda insan haqlarına riayət olunması şərtini də bura əlavə edib.













