Kral ailəsinə vaksin vurulacaq

media-hightechnic-468x90

Böyük Britaniya kraliçası II Elizabet və həyat yoldaşı Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.

Məlumata görə, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

Vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur. İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.

Qeyd edək ki, birinci mərhələyə növbəti həftədən start veriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa