!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kraliçaya qarşı HÖRMƏTSİZLİK: Şahzadənin hələ nəşr olunmayan kitabında nələr var?

!Reklam – Yazi

Britaniya şahzadəsi Harri kraliça II Yelizavetaya qarşı hörmətsizlikdə günahlandırılır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Harrinin nəşrə hazırlanan memuarında yer alan məqamlar ciddi qalmaqala səbəb olub.

Kral ailəsinin 35 ildir həyatını işıqlandıran jurnalist Fil Dampyerin sözlərinə görə, şahzadə xatirələrindən ibarət kitabının gələn il – kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümündə işıq üzü görəcəyinə eyham vurub:

“Əgər şahzadə Harri qohumları ilə münasibətlərini normallaşdırmaq istəsəydi, nəzərə almalı idi ki, gələn il bütünlüklə taxta çıxmasının “platin yubileyi” – 70 illiyi olan kraliçaya həsr edilməlidir. Bu, sadəcə, hörmətsizlikdir”.

Qeyd olunur ki, “Page Six” nəşriyyatı bir il ərzində ərsəyə gələn kitabın nəşri üçün şahzadəyə 20 milyon dollar ödəyib. Məlumata görə, Harri kitabında anası şahzadə Diananın ölümündən sonra demək olar, “sahibsiz qaldığını” və alkoqolizmə qurşandığını yazıb.

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv