!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Kran keçidə ilişdi, qırıldı... - Azərbaycan Qran-prisində sərbəst yürüş dayandırıldı

!Adviad

Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib.

Yenicag.az xəbər verir ki, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Sərbəst yürüş isə ləğv olunub. /Report

www.yenicag.az

3156
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100