!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kreml regionda qalmaq üçün Ermənistandakı agenturasını işə sala bilər" - TƏHLİL

!Reklam – Yazi

Ermənistan Baş Qərargah rəhbərinin sabiq müşaviri Vladimir Poqosyan canlı efirdə Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentini xəbərdarlıq edərək, “Əgər siz bir daha Ermənistanın ərazi bütövlüyünü şübhə altına alsanız, öz sinəniz və arxanızla Azərbaycan bayrağını bizim ərazimizdə qorumağa çalışsanız, siz partizan müharibəsi alacaqsınız”.
Ümumiyyətlə, son aylar Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə müəyyən qədər yaxınlaşma müşahidə olunmaqdadır. Doğrudur, hələ ki, iki dövlət arasında rəsmi sənəd imzalanmayıb. Amma bəzi məqamlar var ki, həqiqətən də diqqət etdikdə vəziyyətin müsbət yöndə irəlilədiyini görmək mümkündür. Təkcə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanımaqla bağlı verdiyi bəyanatları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində görünməsi və Azərbaycan Prezidenti İlham Əliyevlə Ankarada qeyri-rəsmi görüş zamanı gülərək poz verməsi, böyük ölçüdə bölgə maraqlarına uyğundur. Siyasi ekspertlərin də gəldiyi qənaətə görə, proseslər belə davam edəcəyi təqdirdə bölgədə sabitlik yarana bilər.
Məlum olduğu kimi, Qarabağda və Zəngəzurda sabitliyə, bütövlukdə isə Qafqazda sülhə can atan Azərbaycan və Türkiyə kimi dövlətlər olduğu kimi, əfsuslar olsun regionda vəziyyəti qarışdırmaqda maraqlı olan qüvvələrin də varlığı kimsəyə sirr deyil.


Ümumiyyətlə, Ermənistanda “at izi, it izinə” qarışıb. Ölkə, əsasən Rusiya, İran və Qərb dövlətlərinin meydan suladığı mərkəz halına gəlib. Bu ölkədə hansı daşı qaldırsalar, altından agentura sistemi çıxacaq. Vladimir Poqosyanın da bu qüvvələrdən birinin gizlin üzvü olduğu istisna edilməməlidir.
Məlum olduğu kimi, Ermənistanda ən böyük agentura sisteminə malik ölkə Rusiyadır. Moskvanın digər rəqiblərlə müqayisədə Ermənistanda daha geniş şəbəkəyə malik olması sirr deyil. Çünki, Kreml, İran və Qərb dövlətləri ilə müqayisədə Ermənistanda bütün sferalara, o cümlədən dövlət strukturlarına, qeyri-dövlət sektorlarına və ictimai-sosial resurslara təsir etmək imkanına malikdir. Bunların içərisində isə Rusiyanın təsir dairəsində olan ən önəmli sahə təbii olaraq Ermənistanın hərbi sahəsidir. Doğrudur, N.Paşinyan iqtidarı ələ keçirdikdən sonra Rusiyanın başqa sahələrdə olduğu kimi, Müdafiə Nazirliyində də dayaqlarını zəiflətməyə çalışdı. Amma buna baxmayaraq Rusiya hələ də bu sahədə öz varlıq gücünü təsirli formada göstərməkdədir,
Belə olduğu halda birdən-birə Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri V. Poqosyanın Rusiyaya meydan oxuması və rus sülhməramlıları təhdid lövhəsinə qoyması istər-istəməz müəyyən suallar yaradır.
Gorəsən, öz təhlükəsizliyini daima başqa ölkələrin ümidinə bağlayan bir dövlətin kecmiş hərbi məmuru hansı hünərlə, bu gündə mövcudluğuna görə minnətdar olmalı olduğu, Rusiyaya meydan oxuyur?
Həqiqət budur. Rusiya Ukrayna müharibəsində nə qədər qan itirsə də, Ermənistan kimi dövlətin ordusunun bu ölkəyə diş batıracaq gücü yoxdur. O ki, qalmışdı Qarabağda yeləşdirilmiş bir neçə yüz nəfərdən ibarət quldur dəstəsi. Demək ki, Poqosyanın məlum təhdidinin arxasında müəyyən qüvvələrin təxribatı yatır. Böyük ehtimal Poqosiyanın bu təhrikedici təxribat ssenarisi, məhz elə təhdid olunan dövlətin mərkəzində hazırlanıb.
Əgər doğrudan da Qarabağda sülhməramlı adı altında fəaliyyət göstərən rus əsgərlərinə planlı olaraq ermənilər tərəfindən güllə atılarsa, bu o deməkdir ki, Moskvanın əlinə fürsət verilmiş olacaq. Və beləliklə Kreml, bölgədəki hərbçilərinin təhlükəsizliyi bəhanəsini işə salacaq.
Belə ki, Rusiya ya səlahiyyət müddəti başa çatmadan əsgərlərini geri çağırmalı, yaxud da Qarabağda yerləşdirilmiş hərbi kontengentinin sayını artırmalıdır. Bu variantlardan birincisi inandırıcı olmasa da, ikinci variant daha ağıla batandı.
Çünki, Rusiya hal-hazırda yerləşdiyi ərazidən çıxmaqla özünü Qafqazdan təcrid etmək niyyətində deyil. Əksinə, Kreml üçün geosiyasi və geostrateji baxımdan regionda varlığını sürdürmək həyati önəm daşıyır. Xüsusən də Ukrayna müharibəsindən sonra beynəlxalq aləmdə ciddi zədə almış Rusiya nüfuzunu bərpa etmək və özünü hələ də dünyanın qlobal gücü kimi təsdiqləməkdə iddialı görünür. Bu iddianı davam etdirmək üçün Moskva Qarabağdan qoşunlarını çəkərək strateji məğlubiyyətə uğramaq istəmir. Belə olduğu halda , Kreml bölgədə uzunmüddətli qalma imkanlarını təmin etmək baxımından, hər varianta əl ata bilər. Hətta, Ermənistan daxilində olan və Kremlə bağlı V.Poqosyanın kimi “beşinci kolon” üzvlərini hərəkətə keçirməklə.

Müəllif: Elçin Abdullayev

www.yenicag.az

1153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv