Kremlin "güc nümayişi"ndən "tənhalıq şousu"na: Politoloqdan ŞƏRH

media-hightechnic-468x90

“Qələbə paradında Avropa ölkələrinin yerinə Laos, Malayziya kimi ölkələrin iştirak ərizəsinə salınması Rusiyanın hansı dairədə tərəfdaş tapdığını nümayiş etdirir.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-whatsapp-image-2026-05-08-at-10-48-26

Politoloq Moskvada təşkil ediləcək parada dünya ölkələrinin maraq göstərmədiyini və daha çox ilhaq etdiyi respublikalar ilə inkişaf etməmiş ölkələrin iştirak edəcəyini bildirib:

“Rusiyada keçiriləcək “9 May” paradına dünya siyasətinin əsas güc mərkəzlərinin maraq göstərməməsi təsadüfi deyil. Bu, Rusiyanın beynəlxalq nüfuzunun hansı vəziyyətə düşdüyünün siyasi göstəricisidir. Bir neçə il əvvələ qədər Kremlin təşkil etdiyi tədbirlərdə Avropanın böyük dövlətlərinin nümayəndələri, keçmiş liderlər və beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri qatılırdı. İndi isə siyahıya baxanda əsasən Rusiyadan siyasi və iqtisadi baxımdan asılı ölkələr, Moskvanın təsir dairəsində qalan liderlər və beynəlxalq legitimliyi mübahisəli qurumların nümayəndələri diqqət çəkir.

Bu il də Qərb dövlətləri paradda tamamilə yoxdur. Bunun əsas səbəbi Rusiyanın Ukrayna ərazilərini işğal etməsindən sonra Moskvanın beynəlxalq sistemdə əvvəlki statusunu itirməsidir. Avropa dövlətləri artıq Kreml tərəfindən təşkil olunan tədbirlərdə iştirak etməyi siyasi legitimlik vermək kimi qiymətləndirirlər. Çünki bu parad təkcə tarixi qələbənin qeyd olunması deyil, həm də Kremlin hazırkı siyasi kursunun nümayişinə çevrilib. Xüsusilə Ukrayna müharibəsindən sonra “9 May” tədbirləri Rusiyanın hərbi güc nümayişi və Qərbə siyasi mesaj platforması kimi qəbul olunur. Bu səbəbdən Avropa liderləri həmin tədbirdə görünməyi öz siyasi imiclərinə zərbə hesab edirlər.”

Politoloq paradda iştirak edəcək ölkələrdən bəhs edərək sözünə davam edib:

“Siyahıya baxdıqda Kremlin beynəlxalq dəstək bazasının nə qədər daraldığı da görünür. Lakin bununla belə Belarus Prezidenti Aleksandr Lukaşenko, Slovakiyanın Baş naziri Robert Fico, Serb Respublikasından olan siyasətçi Sinişa Karan və Serb Respublikasının keçmiş Prezidenti Milorad Dodikin də adı var.

Aleksandr Lukaşenko uzun illərdir Rusiyanın ən yaxın siyasi müttəfiqlərindən biridir və Belarus faktiki olaraq Moskvanın təhlükəsizlik orbitində fəaliyyət göstərir. Robert Ficonun iştirakı isə daha çox Avropa İttifaqı daxilində fərqli xətt nümayiş etdirmək cəhdi kimi görünür. Lakin Slovakiya Avropanın aparıcı siyasi gücü olmadığı üçün bu iştirak Kremlin beynəlxalq nüfuzunu ciddi şəkildə artırmır.

Digər tərəfdən siyahıda Abxaziya və Cənubi Osetiya kimi beynəlxalq səviyyədə tanınmayan qurumların nümayəndələrinin olması xüsusi simvolik məna daşıyır. Badra Qunba və Alan Qaqloyevin dəvət edilməsi Kremlin hələ də postsovet məkanında separatçı layihələri siyasi təsir aləti kimi saxladığını göstərir. Bu cür fiqurların iştirakı paradın beynəlxalq çəkisini artırmaq əvəzinə, əksinə, Rusiyanın hansı dairədə tərəfdaş tapdığını nümayiş etdirir.

Milorad Dodik və Serb Respublikasını təmsil edən digər siyasətçilərin iştirakı da Moskvanın Balkanlarda Qərbə qarşı alternativ təsir şəbəkəsi qurmaq cəhdinin davamıdır. Kreml uzun illərdir Balkanlarda millətçi və avroskeptik siyasi qüvvələrlə əlaqələrini gücləndirir. Lakin bu əlaqələr regional təsir baxımından müəyyən əhəmiyyət daşısa da, Rusiyanın qlobal nüfuz itkisini kompensasiya etmir.

Laos və Malayziya kimi ölkələrin nümayəndələrinin iştirakı isə daha çox diplomatik balans siyasəti ilə bağlıdır. Bu dövlətlər Qərblə münasibətləri tam pozmadan Rusiya ilə də əlaqələri saxlamağa çalışırlar. Amma onların iştirakını Moskva üçün böyük geosiyasi uğur kimi təqdim etmək çətindir. Çünki burada dünyanın əsas iqtisadi və siyasi mərkəzləri iştirak etmir. Rusiya hələ də hərbi güc nümayiş etdirə bilir, amma siyasi cazibə mərkəzi olmaq imkanını sürətlə itirir.”

T. Rzayev qeyd edib ki, Rusiya – Ukrayna müharibəsi başlayandan bəri bu parad birmənalı olaraq Rusiya üçün dünyaya güc nümayişi məqsədilə keçirilir:

“9 May” paradı əvvəllər Sovet İttifaqının faşizm üzərində qələbəsinin beynəlxalq simvolu hesab olunurdusa, indi daha çox Kremlin öz geosiyasi blokunu nümayiş etdirdiyi qapalı siyasi tədbirə çevrilib. Bu isə Rusiyanın beynəlxalq nüfuzunda baş verən dəyişikliklərin ən açıq göstəricilərindən biridir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05