Kremlin “xüsusi əməliyyat” MÜDDƏTİ: “Döyüşlərin hava və iqlimlə əlaqəsi yoxdur”

Rusiya rəsmisi Ukraynaya qarşı davam etdirilən hərbi təcavüz çərçivəsində qış fəslində döyüşlərin intensivliyinin dəyişmək ehtimalına aydınlıq gətirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyat”ın gedişi hava şəraitindən asılı deyil:

“Ukraynada “xüsusi əməliyyat” davam edir və onun məqsədlərinə nail olunacaq”.

Xatırladaq ki, Peskov bir qədər əvvəl Rusiyanın Ukrayna ilə bağlı məqsədlərinin iki yolla reallaşa biləcəyini deyib:

“İstənilən danışıqların məqsədi olmalıdır. Bizim məqsədlərimiz aydındır: onlara ya “xüsusi əməliyyat”, ya da danışıqlar vasitəsilə nail oluna bilər”.