Kreslolardan tiryək çıxdı

media-hightechnic-468x90

54312İran vətəndaşlarının Azərbaycana gətirdiyi kreslolardan 45 qram tiryək çıxıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları – Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri “Scania” markalı sərnişin avtobusundakı yüklərə “HEIMANN” markalı rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı 5 ədəd kreslonun içərisində – arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05