Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, bitkoin son bir neçə həftə ərzində ilk dəfə 9 min dollar həddindən aşağı düşüb.
Belə ki, bitkoinin qiyməti 3,79% ucuzlaşaraq 8993 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, “Ethereum” 3,49% və ya 735,29 dollaradək, “Ripple” 5,56% (0,758 dollara qədər), “Bitcoin Cash” isə 6,71% (1543 dollaradək) ucuzlaşıb.