!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta bazarında səngiməyən ÇÖKÜŞ: Daha bir kripto şirkəti iflas etdi

!Reklam – Yazi

Təxminən bir aya yaxındır ki, ödəniş böhranı ilə mübarizə aparan “Celsius” kripto şirkəti müflis elan olunmaq üçün müraciət edib.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, “Terra-Luna” böhranı kriptovalyuta bazarındakı bəzi şirkətlərin ödənişlə əlaqədar çətin vəziyyətə düşməsinə və iflasa uğramasına səbəb olub.

Belə ki, “Terra Luna” şirkətinin çökməsi bazarda təxminən 45 milyard dollar itkiyə yol açıb.

Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı və noyabr ayından davam edən kriptovalyuta enişi şirkətlərin zərərə uğramalarına təkan verib.

Bu fonda “Celsius” son iki həftə ərzində iflas elan edən üçüncü ən böyük kripto şirkətidir.

“Bitkoin”in qiyməti son günlərdə 20 min dollar civarında olsa da, aparıcı kriptovalyuta ilin əvvəlindən təxminən 60 faiz, tarixi zirvəsindən isə təxminən 70 faiz dəyər itirib.

Gülşən Şərif

www.yenicag.az

207
Ads
www.veteninfo.com
!Reklam – Arxiv