!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KTMT Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır

!Reklam – Yazi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana sülhməramlı kontingent göndərməsi gündəmdə deyil.

Yenicag.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş qərargahının rəisi Anatoli Sidorov brifinq zamanı deyib.

“Gəlin qabağa qaçmayaq. Sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi-diplomatik yolla həll edilməlidir. Bir sözlə, hərbi güc tətbiqi ilə, həm də KTMT qüvvələrinin cəlb olunması ilə həll yolu barədə nə sentyabrın 13-də, nə bu gün və fikrimcə yaxın gələcəkdə də söhbət getmir”, – o deyib./Trend/

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv