"KTMT İrəvandan açıqlama gözləyir" - Baş katib

media-hightechnic-468x90

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanın təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir.

Yenicag.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov KTMT Parlament Assambleyasının (PA) şura iclasında deyib.

“Ümid edirik ki, respublikanın siyasi rəhbərliyi KTMT ilə münasibətlərinin perspektivlərini aydınlaşdıracaq ki, bu da ittifaqımızın bütün iştirakçıları üçün, ilk növbədə, gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün faydalı olacaq”, – deyə o bildirib.

Eyni zamanda, baş katib qeyd edib ki, son bir ildə Ermənistanın tərəfdaşları təşkilatın tədbirlərində iştirakını xeyli azaldıblar: “Bununla belə, əməkdaşlığın əsas mexanizmləri işləyir, Ermənistan Respublikası təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəliklərə tam əməl olunur”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600