!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Küçə"yə qarşı silah və pul - “Qarabağ klanı” iş başında

!Reklam – Yazi

“Qarabağ klanı” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyir.

Ermənistan mətbuatının verdiyi məlumata görə, Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan “generallar” bir araya gələrək Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşü Samvel Karapetyanın (separatçı rejimin müdafiə nazirinin keçmiş müavini – red.) təşkil etdiyi deyilir. Görüşdə sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat Samvel Aleksanyan da iştirak edib.

“Qarabağ klanı”nın gücü və Rusiyanın maraqları barədə Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov açıqlama verib.

Tərlan Eyvazov bildirib ki, Ter-Petrosyan devriləndən “Qarabağ klanı” hakimiyyətdədir:

“Koçaryan və Sərkisyan Qarabağda səhra komandirləri kimi qalib olmuşdu. Onlar çox böyük nüfuza malik idilər. Ona görə də, Ter-Petrosyan məcbur oldu ki, Koçaryanı baş nazir təyin etsin. 1997-ci ildə sülh sazişi imzalanmağa yaxın idi. Ancaq bu işin qarşısı cinayətkar hərbçilər tərəfindən alındı və Ter-Petrosyan devrildi. O dövrdən Paşinyan baş nazir olana qədər Ermənistanda “Qarabağ klanı” məlum olduğu kimi hakimiyyətdə idi. Qarabağda döyüşənlər öz iradələrini bütün Ermənistana yaymağa çalışıblar. Erməni cəmiyyəti yeknəsək deyil. Ermənilər tarixən Qarabağ ermənilərinə üstdən aşağı baxıblar. Onların arasında dil, məişət fərqi də var. Digər ermənilər Qarabağ ermənilərinə ikinci sort kimi baxırlar.

Ötən il demokratik görüntülü bir hərəkat başlanıldı və “Qarabağ klanı” xalqın nifrətini qazandığına görə devrildi. Təbii yeni gələn hakimiyyət də anlayırdı ki, qarabağlılar bununla heç də razılaşmayacaqlar. Koçaryanın həbsi ilə Paşinyan qarabağlıların heysiyyatına toxunmuş oldu. Bununla da Paşinyan hakimiyyətinə qarşı işlər aparılmaqdadır. Onların əlində silah, silahlı qruplar, ordudakı əsas güc və güclü maliyyə var. Ermənistanda inqilabın nailiyyətləri özünü doğrultmur. İstər iqtisadiyyat, istərsə də siyasət sahəsində ciddi uğur yoxdur”.

Hərbi ekspert iddia edib ki, Paşinyana qarşı təzyiqlər güclənəcək və onu devirəcəklər:

“Paşinyanın nüfuzu azalan xətt üzrə gedir. Bu da təbiidir. O verdiyi sözü tuta bilmir. Xaricdə yaşayan ermənilər də Ermənistana investisiya qoymağa tələsmir. Çünki onların bütün əmlakı Rusiyanın nəzarətindədir. Bundan ötrü onlar Rusiya asılılığından qurtulmalı, Qarabağ məsələsini həll etməli, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməlidirlər. Bunlar baş vermədiyi halda Paşinyanın sehirli çubuğu yoxdur ki, nəyisə irəli aparsın. Onun dəstəkçisi olan “küçə”də isə səngimə olacaq. Əksinə “Qarabağ klanı”nda güc, silah və pul var”.

Tərlan Eyvazov qeyd edib ki, Rusiya “Qarabağ klanı”nın yanında olacaq:

“Paşinyanın devrilməsində Rusiya da maraqlıdır. İran ətrafında baş verən hadisələrdən sonra Rusiya çox ciddi ehtiyat edir ki, Paşinyan hakimiyyəti qəflətən ABŞ-a qucaq aça bilər. ABŞ hərbi təyyarələrinə mülki airaportlarını açar. Rusiya “Qarabağ klanı”ndan arxayındır, bilir ki, onun sözünü geri çevirməyəcək. Ancaq Rusiya Paşinyana etibar etmir. Bu cəhətdən də Rusiya Paşinyan hakimiyyətinin dəyişməsində maraqlıdır”.

Səxavət Məmməd

www.yenicag.az

3272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv