Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb.
Yenicag.az FHN istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir. Axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları axtarışlara cəlb olunub.
www.yenicag.az