!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdəmirdə iki maşın toqquşdu: Ölü və yaralılar var - FOTOLAR

!Reklam – Yazi

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomaşınların toqquşması nəticəsində sürücülərdən biri – Kürdəmir rayon Mollakənd sakini, 1995-ci il təvəllüdlü Xasanov Aslan Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər ağır bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəxstəxanasına çatdırılıb. Bunlar rayon sakinləri 1984-cü il təvəllüdlü Carlı kənd sakini Kərimova Aygün Əlhüseyn qızı və Xəlsə kənd sakini 1938-ci il təvəllüdlü Rəhimov İsgəndər Həbiş öğludur.

Digər yaralı isə 2006-cı il təvəllüdlü Kərimov Rəhman Rəşad oğludur.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1089
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv