Reklam: High Technic
hightechnic

Kurts: “ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq niyyətindədir”

ATƏT Ukraynanın cənub-şərqində monitorinq missiyası çərçivəsində müşahidəçilərinin sayını artırmaq niyyətindədir.

Yeniçağ.Az-ın “APA” -ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bəyan edib.

“Hazırda ATƏT-in diqqət mərkəzində olan ən əsas məsələlərdən biri Ukrayna böhranıdır. Burada bir çox aspektlər cəmləşib: Krımın ilhaqı, Donbasa silah tədarükü, Rusiyanın rolu, Minsk razılaşmalarının yerinə yetirilməsi, çox sayda zorakılıq faktları”, deyə S.Kurts bildirib.

Onun sözlərinə görə, ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq, missiyanın texniki potensialını möhkəmləndirmək, təmas xəttində nəzarəti gücləndirmək niyyətindədir.

“Son bir neçə gün ərzində Ukraynanın şərqində müşahidə olunan zorakılıq hallarının səviyyəsi tamamilə qəbuledilməzdir”, deyə S.Kurts vurğulayıb. O, həmçinin tərəfləri Minsk razılaşmalarını yerinə yetirmək, atəşkəs rejiminə əməl etməyə çağırıb.

Yeniçağ.Az

www.yenicag.az

94