“Kütləvi çıxarış”lar davam edir

media-hightechnic-468x90

indirƏmlak Məsələləri Dövlət Komitəsi “kütləvi çıxarış” kampaniyasını növbəti dəfə Qəbələ və Şəki rayonlarında keçirib.

Komitədən verilən məlumata görə, bu rayonların bir neçə kəndlərini əhatə edən tədbirdə 450-yə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli fərmanının icrası məqsədilə komitə noyabr ayından etibarən vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.

Bu kampaniya indiyədək Qəbələ və Şəki rayonunlarından əlavə, Saatlı, Şəmkir, Abşeron və Cəlilabad rayonlarında da keçirilib. Ümumilikdə, 1200-ə yaxın vətəndaş kampaniyadan faydalanıb. Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd vətəndaşların rahatlığını təmin etmək və vaxta qənaət etməkdir.

Qeyd edək ki, ümumilikdə indiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15 min vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

Eyni zamanda, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı “qaynar xətt”inə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirir.

Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərinə müsbət təsirini göstərir, nəticədə daşınmaz əmlak bazarı daha da inkişaf edir. Bu kampaniya əhali arasında etibarlı və zəmanətli mülkiyyət barədə əminliyin yaranmasına böyük dəstək verir. Digər səbəb isə komitə tərəfindən ictimaiyyət arasında geniş maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bu da, ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə, sosial-iqtisadi faydalarını dərk etməsinə səbəb olmaqdadır.

Kampaniyanın davamlı həyata keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğu artırmaqdır.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra uğurlar qazanıb. Belə ki, komitə qeydiyyat prosedurlarını sadələşdirib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətləri qısaldıb. Elektron və onlayn xidmətlər istifadəyə verilməsi və ərazi qeydiyyat idarələrində yüksək xidmət şəraitinin yaradılması qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600