!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Latın Amerikası ölkələrinin mətbuatı Laçın-Xankəndi yolundakı ekoloji aksiyaya geniş yer verdi - VİDEO

!Reklam – Yazi

Azərbaycanlı politoloq Ceyhun Osmanlı Laçın-Xankəndi yolundakı ekoloji aksiya ilə bağlı Latın Amerika ölkələrinin televiziya və xəbər portallarında geniş açıqlamalarla çıxış edib.

Yenicag.az Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyə malik olan həmin açıqlamaların linklərini oxuculara təqdim edir.

Beləliklə…

Nikaraqua :

TN 8 – Bütün Nikaraqua Televiziyası

Honduras:

“Honduras xəbərləri” saytı

www.eldiariodehonduras.hn/index.php/internacionales/4494-costo-ambiental-de-la-guerra-impulso-hacia-la-responsabilidad-internacional-de-armenia-por-el-ecocidio

Meksika:

“Nəzər nöqtəsi” xəbər portalı

www.mipuntodevista.com.mx/costo-ambiental-de-la-guerra-impulso-hacia-la-responsabilidad-internacional-de-armenia-por-el-ecocidio/

Kosta Rika:

“Məlumatlar” xəbər portalı

informativojbs.com/costo-ambiental-de-la-guerra-impulso-hacia-la-responsabilidad-internacional-de-armenia-por-el-ecocidio/

Ekvador:

“Xəbərçi” xəbər portalı

elvanguardistaonline.com/costo-ambiental-de-la-guerra-impulso-hacia-la-responsabilidad-internacional-de-armenia-por-el-ecocidio/

Açıqlamaların tərcüməsini olduğu kimi təqdim edirik:

“Azərbaycanlı eko-fəalların və könüllülərin erməni ekoloji terroruna qarşı Laçın-Xankəndi yolundakı etiraz aksiyası bir aydan çoxdur ki, davam edir:

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısını ala bilməməsi Şuşa ətrafından keçən magistral yolda etiraz aksiyasının keçirilməsi ilə nəticələnmişdir. Rusiya sülhməramlı komandanlığı ilə aparılan danışıqlar nəticəsində İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin mütəxəssislərindən ibarət nümayəndə heyəti sülhməramlıların müvəqqəti yerləşdiyi Qarabağ ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, habelə bununla bağlı ekoloji və digər problemlərin ilkin monitorinqini keçirməli idi. Lakin sülhməramlıların hərəkətsizliyi nəticəsində monitorinqin baş tutmaması azərbaycanlı eko-fəalların bu günə qədər davam edən etirazı ilə nəticələnmişdir.

Erməni işğalının dağıdıcı ekoloji zərərləri

Ətraf mühitin məhv edilməsi bu gün də bəşəriyyət üçün ən aktual məsələlərdən biri olmaqda davam edir və beynəlxalq ictimaiyyət ətraf mühitə zərər vuran qeyri-qanuni aktları beynəlxalq hüquq çərçivəsində mühakimə edərək həll etməlidir.

Otuz ilə yaxın davam edən erməni işğalından sonra, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindəki zəfərindən sonra Azərbaycan hökuməti işğal illərində Ermənistanın Azərbaycana müxtəlif aspektlərdən, o cümlədən ekoloji cəhətdən vurduğu zərəri hesablamağa başlamışdır.

Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda misli görünməmiş dağıntılar törətmiş, tarixi-dini abidələri yerlə-yeksan etmiş, qəbiristanlıqlara qarşı vandalizm aktları həyata keçirmiş, beləliklə, tarixən bu ərazilərdə məskunlaşmış azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsin məqsədyönlü şəkildə məhv edilməsi ilə yanaşı bu torpaqlarda azərbaycanlıların izlərini tamamilə aradan qaldırmağa çalışmışdır. Bundan başqa, Ermənistanın təcavüzü bütün Cənubi Qafqaz regionunun ekologiyasının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Meşələrin bilərəkdən qırılması və yandırılması, suların çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, təbii sərvətlərin amansızcasına israf edilməsi ekoloji tarazlığı pozmuşdur. Bundan başqa, işğal dövründə həyata keçirilən qeyri-qanuni sahibkarlıq və təbii sərvətlərin istismarı ətraf mühitin dağıdıcı şəkildə pozulması ilə nəticələnən böyük iqtisadi ziyan vurmuşdur.

“Azərbaycan üçün heç nə qalmasın”

Azərbaycanlıların 30 il ərzində Ermənistan təcavüzü nəticəsində məruz qaldığı acıya baxmayaraq, Azərbaycan hökuməti və Silahlı Qüvvələri Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşmış erməni əhaliyə humanist münasibət göstərmiş və onlara müvəqqəti məskunlaşdıqları yerləri tərk etmələri üçün kifayət qədər vaxt tanımışdır. Bu insanlıq münasibətinə cavab olaraq ermənilər ərazini tərk etməzdən əvvəl evlərə od vurmuş, ağacları kəsmiş, meşələri yandırmışdırlar. Demək olar ki, hər bir erməni ailəsi Azərbaycan ərazilərini, xüsusən də, erməni köçkünlərinin seçim yeri olan Kəlbəcər və Laçını tərk edərkən öz evini və ətraf əraziləri yanğına vermişdir. Bunu o vaxtlar regionda olmuş qlobal medianın, o cümlədən “Reuters”, “BBC”, “Strait Times”, “Euronews”, “France24”, “RBC” və s.-nin verdiyi çoxsaylı xəbərlər sübut edir. Belə ki, “Reuters” xəbər verirdi ki, ermənilər hətta məktəbləri və xəstəxanaları da yandırır, mal-qaranı kəsirlər. Təəssüf ki, bu qanunsuz əməllərə hələ də beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verilməyib.

Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunması üçün impuls

Bütün bunların fonunda vurğulanmalıdır ki, Ermənistanın qanunsuz fəaliyyəti, o cümlədən ekosid törətməsi ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Bundan başqa, erməni işğalının ətraf mühitə vurduğu dağıdıcı ziyan beynəlxalq qurumların müxtəlif sənədlərində də qeyd olunmuşdur. Məsələn, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə hesabatında təcavüzün, eyni zamanda torpaqların deqradasiyası ilə nəticələndiyi qeyd olunur.

İşğal olunmuş ərazilərdəki flora və faunanın ən qiymətli nümunələrinin əhəmiyyətli dərəcədə məhv edildiyini göstərən “Azərkosmos”un peyk görüntüləri də Azərbaycana qarşı ekoloji terroru sübut edir.

Beləliklə, sırf ekosistemin məqsədyönlü və kütləvi şəkildə məhv edilməsini ifadə etməsi baxımından müharibənin ekoloji ziyanı Ermənistanın beynəlxalq məsuliyyəti məsələsinə aktuallıq elementi gətirən ekosid kimi qiymətləndirilə bilər.

Azərbaycan artıq bəyan etmişdir ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistandan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qanunsuz bizneslə məşğul olan beynəlxalq şirkətlərdən dəymiş ziyana görə, kompensasiya tələb edəcəkdir.

“Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları vardır. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcəkdir. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqdırlar”, – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Ermənistanın beynəlxalq məsuliyyət məsələsi planetimizin iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, ekosistemdə biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə bağlı çoxsaylı böhranların yaratdığı təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edir. Şübhəsiz ki, bunların hamısı insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə birbaşa təsir edir, bərabərsizliyi artırır və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasını təhdid edir. Ekzistensial təhlükə ətraf mühitin insan tərəfindən məhv edilməsi ilə yaranır, bunun bariz nümunəsi Ermənistanın Cənubi Qafqaz regionunda törətdiyi ekosiddir.

Hətta ən ağır ekoloji zərərlər hələ də beynəlxalq cinayətlərin mövcud tərifləri çərçivəsində yer almır. Ətraf mühitə vurulan ən ciddi zərərlərin məsuliyyət boşluğunu ələ almaq üçün bir impuls vardır. Ermənistanın Azərbaycana qarşı törətdiyi son ekosid hadisələri ətraf mühitin məhv edilməsinə qarşı tətbiq edilə biləcək cinayət qanunu üçün əlavə dəstəyin səfərbər edilməsində mühüm tətikləyici amil rolunu oynaya bilər.

Ekosidin beynəlxalq cinayət olaraq tanınmasının zamanı

20 noyabr 1945-ci ildə yaradılmış Nürnberq tribunalı nasistləri İkinci Dünya Müharibəsi zamanı törətdikləri kütləvi zorakılıqlara görə mühakimə edirdi. Beynəlxalq cinayətlər arasında cəmi dörd il əvvəl Uinston Çörçillin “adı olmayan cinayət” adlandırdığı: milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilən soyqırım cinayəti də var idi. Soyqırımın beynəlxalq tərifi rəsmi olaraq 1948-ci ildə “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiyanın qəbul edilməsi ilə təyin edilmişdir. Soyqırım yarım əsr sonra təcavüz, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə yanaşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda müəyyən edilmiş dörd beynəlxalq cinayətdən birinə çevrildi. İndi isə başqa bir anlayışı – ekosidi beynəlxalq cinayət adlandırmaq üçün impuls vardır.

“Ekosid” termini 1970-ci ildə bitki bioloqu Artur Qalston tərəfindən elmə daxil edilmişdir və o, ekosidi “insanların öz istədikləri kimi yaşaya biləcəyi ətraf mühitin qəsdən və həmişəlik məhv edilməsi” kimi təyin etmişdir. Akademikin ekosid anlayışına marağı Vyetnam müharibəsi dövrünə və onun insan və ətraf mühitə dağıdıcı təsirləri ilə üst-üstə düşürdü. Beləliklə, ekosid anlayışını kifayət qədər tədqiq edən ilk akademiklərdən olan Riçard Falk araşdırmalarını 1973-cü ildə nəşr etdirərək ekosid cinayətinə dair beynəlxalq konvensiyanın qəbul edilməsini təklif etmişdir, daha sonra isə 1996-cı ildə Mark Allan Qrey “Beynəlxalq Ekosid Cinayəti” adlı təhlilini dərc edərək beynəlxalq hüquqda ekosid anlayışının mövcudluğunu nümayiş etdirməyə çalışmış və ekosidin beynəlxalq cinayət kimi tanınmasının mümkünlüyünü təhlil etmişdir.

Ətraf mühitin təlaşlandırıcı vəziyyəti və bu problemi düzgün həll etmək yolunda rastlanan beynəlxalq hüquqi boşluqlar haqqında artan maarifləndirmə 21-ci əsrdə ekosidlə mübarizədə beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququnun əlaqəsi və rolu ilə bağlı təhlillərin artışına səbəb olub.

Qlobal ekoloji böhranın artan aktuallığı ilə bərabər beynəlxalq ictimaiyyət, o cümlədən BMT və Aİ kimi beynəlxalq qurumlar və dövlətlər, habelə korporativ investorlar və eko-aktivistlər hesab edirlər ki, ekosid beynəlxalq hüquq çərçivəsində cinayət kimi tanınmalıdır.

Beləliklə, 2021-ci ilin noyabr ayında Stop Ecocide Beynəlxalq Fondu (Ekspert Paneli) tərəfindən çağırılan hüquq ekspertlərindən ibarət panel ekosid cinayətini rəsmi şəkildə tanımlamağa başlamışdır. Beynəlxalq hüquqşünaslar Məhkəmənin yurisdiksiyasını ekosid cinayətini də əhatə edəcək şəkildə genişləndirmək üçün BCM-in Əsasnaməsinə dəyişiklik edilməsini təklif etmişdirlər. Bununla əlaqədar, Ekspertlər Şurası ekosid cinayətinin aşağıdakı tərifini təklif etmişdirlər: “ətraf mühitə ciddi, geniş miqyaslı və ya uzunmüddətli ziyan vurma ehtimalının böyük olduğunu bilə-bilə edilən qanunsuz və ya qeyri-əxlaqi hərəkətlər”.

Əslində, bu gün ekoloji fəlakətlərin aradan qaldırılması üçün hüquqi yollara əsaslı tələbat vardır. BMT-nin İqlim Dəyişikliyi Kontekstində İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi öz hesabatında BCM-ə ekosid cinayətinin daxil edilməsini tövsiyə edir, həmçinin ətraf mühit müdafiəçilərinə qarşı zorakılığı mühakimə etmək üçün tribunalların yaradılmasını və hökumətləri törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırır.

Ekosidin birbaşa BCM-in Əsasnaməsinə daxil edilməsi yolu ilə digər mövcud beynəlxalq cinayətlərlə yanaşı beynəlxalq cinayət dərəcəsinə yüksəldilməsi, şübhəsiz ki, ekosidin beynəlxalq səviyyədə və tamamlayıcı mexanizm vasitəsilə milli səviyyədə də beynəlxalq cinayət kimi daha geniş şəkildə tanınmasına töhfə verərdi. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Cinayət Məcəlləsinə ekosid maddəsinin əlavə edilməsini nəzərdə tutur.

“Ekosidi dayandırın!”

Dünyanın hər yerində vətəndaş cəmiyyəti, o cümlədən müxtəlif ölkələrdən olan ekosid təbliğatçıları ətraf mühitə dəyən zərərə müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər səviyyəsində beynəlxalq cinayət kimi yanaşılmasını tələb edirlər. “Bu, hərfi mənada kiminsə evini məhv etmək deməkdir” – deyə bu sahənin nüfuzlu kampaniya qrupu olan Ecocide International izah edir.

Azərbaycanda ekoloji fəallar da Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismarına qarşı dinc etirazlar vasitəsilə “həyəcan təbili çalırlar”. Artıq qeyd edildiyi kimi Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri bir aydır Şuşa yaxınlığında, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə yaxın bölgədə etiraz aksiyaları keçirirlər. Etiraz aksiyası ölkənin faydalı qazıntılarının qanunsuz istismarına nəzarət etmək üçün gələn azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmamasına qarşı keçirilir. Nümayişçilər Laçın-Xankəndi yolunda üzərində “Ekosidi dayandırın” yazısı olan böyük şarı havaya qaldırmış, həmçinin “Azərbaycan öz mineral sərvətlərinin sahibidir!”, “Ekoloji cinayətlərə son!”, “Ekoterrora son!”, “Təbiəti qoruyun!”, “Ekosidə yox! Monitorinqə hə!” şüarları səsləndirməkdə davam edirlər.

Bu, nə üçün vacibdir?

Ətraf mühitə kütləvi zərərin cinayət hesab olunması hökumətin və biznesin fəaliyyətinə müsbət təsir göstərə bilər. Ermənistanın törətdiyi ekoloji fəlakətin aktuallığını nəzərə alsaq, bu impuls alqışlanır və bəlkə də, çoxdan olunmalı idi.

Beləliklə, ermənilərin Azərbaycana qarşı törətdiyi ekosid bütün beynəlxalq tərəflər və qərar qəbul edənlər üçün həyəcan təbili çalmalıdır, ona görə ki, “planetin təhlükəsizliyi” beynəlxalq səviyyədə qorunmalı olan dünyanın əsas “fövqəlmilli” dəyərləri və maraqları arasında getdikcə daha çox tanınır. Bu, ekosidə tez-tez “beynəlxalq ictimaiyyətin hamılıqla narahat olduğu” amil kimi istinad edilməsi ilə sübut olunur. Bundan başqa, adətən, təbii sərvətlərin kütləvi şəkildə istismarı və məhv edilməsi bir neçə dövlətin maraqlarına təsir etməklə və ya onlara toxunmaqla milli sərhədləri aşır. Bu istismar və dağıntıları dayandırmaq məqsədilə təcili olaraq beynəlxalq səviyyədə koordinasiya olunmuş səylər tələb olunur. Son olaraq, kütləvi miqyasda törədilən ekoloji cinayət, adətən, istənilən beynəlxalq cinayət kimi beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir.

Beləliklə, beynəlxalq ictimaiyyət bu nümunədən ibrət almalı, planetimizin və bizdən sonra gələcək nəsillərin gələcəyi haqqında düşünmələri üçün məsuliyyətli vəzifələrdə olan şəxslərə mövcud cinayəti ədliyyə sistemlərində tətbiq edilə biləcək təsirli, çəkindirici vasitələr təqdim etməlidir.”

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv