Lavrov Əraqçi ilə danışdı

media-hightechnic-468x90

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə İslam Respublikası ətrafında yaranmış kritik hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.

Məlumata görə, Sergey Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətindəki səylərinin Yaxın Şərqdə uzunmüddətli sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O vurğulayıb ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum dilindən imtina etməli və məsələni diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.

Xatırladaq ki, aprelin 1-də Lavrov Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə tam hazır olduğunu bəyan etmişdi./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05