Lavrov Ermənistan və Azərbaycanın XİN başçıları ilə DANIŞDI

media-hightechnic-468x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefonla danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Ararat Mirzoyanla müzakirə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub və Rusiyanın buna hər cür töhfə verməyə hazır olduğu qeyd edilib.

Rusiya XİN rəhbəri ilə Bayramov arasında söhbətin məzmunu barədə qeyd olunub ki, bir sıra regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb:

“Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin əsas müddəalarının icra vəziyyətini, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsini nəzərdən keçiriblər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600