ABŞ və Körfəz ölkələri İsrail-Livan danışıqlarının davamını dəstəkləyir

media-hightechnic-468x90

ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasına (FKƏŞ) üzv ölkələr İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların digər regional münaqişələrdən asılı olmayaraq davam etdirilməsinin vacibliyini bəyan ediblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Manamada keçirilən nazirlər görüşünün yekun bəyanatında tərəflər Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyərək, iki ölkə arasında uzunmüddətli sülh və təhlükəsizlik razılaşmalarına yönəlmiş danışıqları alqışlayıblar.

Bəyanatda həmçinin Livanda dövlət hakimiyyətinin gücləndirilməsi, sərhədlərin demarkasiyası və dövlət nəzarətindən kənar silahlı qruplaşmaların tərksilah edilməsinin vacibliyi vurğulanıb. ABŞ və FKƏŞ ölkələri ölkədə güc tətbiqi üzərində dövlətin tam nəzarətinin bərpa olunmasını dəstəklədiklərini bildiriblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05