!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrov Paşinyanın son bəyanatını şərh etdi

!Reklam – Yazi

“Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayını bilirik. Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün yaradılmayıb, əksinə, onların məqsədi Ermənistan vasitəsilə anti-Rusiya əhval-ruhiyyəsinin və ABŞ-nin, Avropa İttifaqının, o cümlədən NATO ölkələrinin həmin regionda maraqlarının təbliği üçün əlverişli zəmin hazırlamaqdır”.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu sözləri MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri Ermənistanla münasibətlərə toxunub:

“Dərindən əminik ki, erməni xalqının böyük əksəriyyəti Rusiya ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, bir neçə gün əvvəl baş nazir Paşinyan müsahibə zamanı açıq şəkildə bəyan etdi ki, Ermənistan öz istiqamətlərini dəyişmir. Ümid edək ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv